28 mart tarixində Şuşa Dövlət Musiqili Dram Teatrının sevilən aktrisası Bahar xanım Həmzəyeva yubiley yaşını qeyd etdi.
1xeber.media xəbər verir ki,bu münasibətlə Şuşa Teatrında yubilyarın əsas rollardan birini ifa etdiyi Miro Qavranın “Aktyor əbədiyyətə qovuşanda” tamaşası oynanıldı. Tamaşadan sonra Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktor vəzifəsini icra edən Azad Məmmədov, Əməkdar artist və Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Nazir Rüstəmov, eləcə də Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qabil Kazımov çıxış edərək yubilyara yaradıcılıq uğurları arzuladılar.
Bahar Həmzəyeva teatr rəhbərliyinin “fəxri fərmanı”, Şuşa Rayon İcra Hakimiyyətinin “təşəkkürnaməsi” və Şuşa Dövlət Musiqili Dram Teatrının Həmkarlar İttifaqı Komitəsinin “fəxri diplomu” ilə mükafatlandırıldı.
Sonda Bahar Həmzəyeva tamaşaçılara və qonaqlara dərin təşəkkürünü bildirdi.





















