Tramp bildirib ki, İran “saziş üçün yalvarır”.
“Yox olmaq təhlükəsi ilə üz-üzə qalan istənilən ölkə razılaşmaya can atardı.” - ABŞ prezidenti bunu İsrailin 14-cü telekanalının jurnalisti Libi Alonla İran əleyhinə hərbi əməliyyatın 30-cu gününə həsr olunmuş söhbətində deyib.
İsrailin baş naziri Benyamin Netanyahu ilə addımların koordinasiyası barədə suala cavabında Tramp onların sıx təmasda olduqlarını bildirib və “bundan daha yaxşı koordinasiya mümkün deyil.” deyib.
1xeber.media xəbər verir ki,Hörmüz körfəzi barədə danışan Tramp qeyd edib ki, ABŞ hərbçiləri artıq strateji dəniz marşrutu üzərində nəzarətin qurulması üçün fəaliyyət göstərirlər.
Tramp israillilər arasında ona dəstəyin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib və bunun 99 faiz təşkil etdiyini düşündüyünü bildirib. O, israillilərə müraciətlə deyib: “Mən İsraili sevirəm, İsraildəki insanları sevirəm və onların dəstəyindən çox məmnunam, bununla qürur duyuram.”

















