İranın Livandakı səfiri ölkədən çıxmaqdan imtina edib.
İranın Livandakı səfiri Mohammad Reza Sheibani Livan hakimiyyətinin onu “persona non grata” elan etməsinə və 29 mart bazar gününə qədər ölkəni tərk etməsi barədə qərarına baxmayaraq, Livanı tərk etməyəcək.
1xeber.media xəbər verir ki,bu barədə AFP-yə iranlı diplomatik mənbə məlumat verib.
“Məclis sədri Nabih Berri və “Hizbullah” hərəkatının istəyinə uyğun olaraq səfir Livanı tərk etməyəcək”, - deyə mənbə bildirib.
Livan Xarici İşlər Nazirliyi daha əvvəl səfiri ölkənin daxili işlərinə müdaxilədə ittiham edərək onun akkreditasiyasını geri çağırmışdı. Bu qərar “Hizbullah” və “Amal” hərəkatları tərəfindən kəskin tənqid olunub, onların nazirləri etiraz əlaməti olaraq Nazirlər Kabinetinin iclasını boykot ediblər.

















