Müharibə başladan liderlərin dualarını Tanrı qəbul etmir, - Papa XIV Leo bildirib.
Papa XIV Leo Romada Müqəddəs Pyotr meydanında Palm bazarı günü müharibə əleyhinə moizə ilə çıxış edib.
“İsa Məsih - sülhün Padşahıdır və müharibəni rədd edir, heç kim Onun adından müharibəni haqq qazandıra bilməz. O, müharibə başladanların dualarını eşitmir, onları rədd edir. Məsih - sülhün Padşahı - Öz xaçından yenidən səslənir: Tanrı sevgidir! Təvazökar olun! Silahları yerə qoyun! Unutmayın ki, siz qardaş və bacısınız!”, - deyə pontifik bildirib.
1xeber.media xəbər verir ki,Reuters-in qeyd etdiyi kimi, bu sözlər Vaşinqtonun İrana zərbələri əsaslandırmaq üçün xristian ritorikasından daha tez-tez istifadə etdiyi və ABŞ müdafiə naziri Pete Hegseth-in Pentaqonda xristian ibadətləri təşkil etməyə başladığı bir dövrdə səslənib.

















