İran Hörmüz boğazından keçid üçün ödənişi qanunla təsbit etməyə hazırlaşır.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,yeni gəmiçilik rejiminə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin edəcək və eyni zamanda onlardan rüsum alacaq.
Bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Borucerdi bildirib.
Eyni zamanda İran dost ölkələr - Rusiya, Çin, Hindistan, İraq və Pakistan gəmilərinə istisna tətbiq edərək onların ödənişsiz keçidinə icazə verib.

















