“Sizdən başqa heç kim”: Misir prezidenti Trampı müharibəni dayandırmağa çağırıb.
Misir prezidenti Əbdül Fəttah əs-Sisi ABŞ prezidenti Donald Trampa Yaxın Şərqdəki vəziyyətə dərhal müdaxilə etməsi çağırışı ilə müraciət edib.
Qahirədə böyük enerji sərgisinin açılışında çıxış edən Misir lideri vurğulayıb ki, region “məcbur edilmiş müharibə” vəziyyətindədir və bunun arxasında ABŞ və İsrail dayanır.
1xeber.media xəbər verir ki,Əs-Sisi bildirib ki, hazırda Donald Tramp - İrana qarşı müharibəni dayandırmaq və regionun tam destabilizasiyasının qarşısını almaq üçün kifayət qədər təsir və resurslara malik yeganə dünya lideridir.
Qahirənin fikrincə, Vaşinqtonun qətiyyətli addımları mövcud eskalasiyanın dayandırılması üçün son şansdır.

















