Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubbla telefonda danışaraq Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin Finlandiyada vurulmasını müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti Telegram-da məlumat verib.
Yazıda deyilir: "Biz bu yaxınlarda Finlandiyada baş verən pilotsuz təyyarə hadisəsini müzakirə etdik. Aleks və mən bu vəziyyətlə bağlı eyni fikirdəyik".
Zelenski qeyd edib ki, Ukrayna hadisə ilə bağlı Finlandiyaya bütün lazımi məlumatları təqdim edir.
Bir müddət əvvəl Finlandiya Hərbi Hava Qüvvələrinin general-mayoru Timo Herranen bildirib ki, Finlandiya ərazisinə daxil olan və Kuvola şəhəri yaxınlığında qəzaya uğrayan Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Finlandiya hakimiyyəti tərəfindən vurulmayıb, çünki onlar təhlükə hesab edilmir.

















