Livanın cənubunda bir sutka ərzində İndoneziyadan olan üç BMT sülhməramlısı həlak olub.
1xeber.media xəbər verir ki.UNIFIL missiyasının üç hərbi qulluqçusu son 24 saat ərzində Livanın cənubunda baş vermiş iki ayrı hadisə nəticəsində öldürülüb. İki sülhməramlı Bani-Hayyan yaşayış məntəqəsi yaxınlığında mənşəyi məlum olmayan partlayış zamanı, daha biri isə Adşit əl-Quzayr məntəqəsi yaxınlığındakı missiya bazasına mərmi düşməsi nəticəsində həyatını itirib. Hadisə zamanı daha iki nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti ağırdır. BMT məsuliyyəti tərəflərdən heç birinin üzərinə qoymadan araşdırmaya başlayıb.
İsrail Ordusu (SAXAL) zərbələrin öz hərəkətləri və ya “Hizbullah”ın fəallığı ilə bağlı olub-olmadığını yoxladığını bəyan edib.

















