Avropa İttifaqı (Aİ) hazırda qazının təxminən 10 faizini Rusiyadan alır.
1xeber.media xəbər verir ki, bu barədə Aİ enerji nazirlərinin görüşünün ardından Aİ-nin Enerji Komissarı Dan Yorgensen bildirib.
O, "Rusiya qazının yerini dəyişdirmək prosesindəyik və onun payını hazırda 45 faizdən təxminən 10 faizə endirmişik. Gələcəkdə bu rəqəmi sıfıra endirəcəyik" deyə vəd edib.
Onun sözlərinə görə, Aİ enerjini ABŞ, Norveç, Əlcəzair, Kanada və Azərbaycandan idxal edəcək.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropa Rusiya enerji ehtiyatlarını rədd etməklə "seçicilərinin ayağına güllə atmağa" davam edir.

















