ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın iddialarını təkzib edib.
1xeber.media xəbər verir ki,İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Səudiyyə Ərəbistanında amerikalı pilotların və uçuş heyətinin yerləşdiyi yerə pilotsuz aparat və raketlə zərbə endirilib və 200 nəfərlik toplaşma hədəfə alınıb.
SEPAH rəhbərliyi martın 28-də Dubayla bağlı da eyni iddiaları səsləndirmişdi.
İran rejiminin bu bəyanatları həmin vaxt da yalan idi və indi də Səudiyyə Ərəbistanı ilə bağlı yalandır.
Heç bir amerikalı hərbçi hücuma məruz qalmayıb.
SEPAH-ın davamlı şəkildə yalan məlumat yaymaq cəhdləri həqiqətdən diqqəti yayındırmaq üçün ümidsiz səylərdir.
İran qüvvələri hərbi potensialının böyük hissəsini itirir, ABŞ Silahlı Qüvvələri isə fasiləsiz və genişmiqyaslı zərbələr endirməyə davam edir.

















