1xeber.media yerli KİV istinadla xəbər verir ki,Suriya prezidenti İrandakı müharibə ilə bağlı mövqeyini açıqlayıb.
“İranın problemi ballistik raketlər və nüvə bombası istehsalına cəhdlərində, həmçinin digər ölkələrə təsir göstərmək istəyindədir.
Biz hərbi güc yolunu yox, danışıqlar yolunu tövsiyə edirik, çünki birincisi təhlükələrin artmasına gətirib çıxarır.
Suriya tərəflərdən hər hansı birinin birbaşa hədəfinə çevrilmədiyi müddətdə, hər hansı münaqişədən kənarda qalacaq.
Bizim üçün müharibələr kifayətdir. Biz çox ağır bədəl ödəmişik. Yeni hərbi təcrübəyə hazır deyilik. Müharibədən keçənlər sülhün dəyərini yaxşı bilir.
Heç kim müharibəyə qoşulmağa hazır deyil və biz də aqressiyaya məruz qalmadığımız və diplomatik çıxış yolu qalmadığı təqdirdə belə bir münaqişənin iştirakçısı olmayacağıq”, - Əhməd əş-Şaraa Londonda yerləşən Chatham House analitik mərkəzində bildirib.

















