İrana qarşı “Aslanın nəriltisi” əməliyyatının başlanmasından bir ay ötür - 16 min sursatdan istifadə olunmaqla 800-dən çox döyüş uçuşu həyata keçirilib.
İrana qarşı genişmiqyaslı “Aslanın nəriltisi” hərbi əməliyyatı çərçivəsində İsrail Hərbi Hava Qüvvələri 800-dən çox döyüş uçuşu həyata keçirib və təxminən 16 min müxtəlif sursat tətbiq edib.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,bir ay ərzində İran rejiminin yüksək rütbəli komandirləri də daxil olmaqla 2 mindən çox hərbçi məhv edilib, 5 mindən çox hədəf vurulub.
Bununla yanaşı, İsrail ordusu İrana endirilən zərbələrlə paralel olaraq çoxcəbhəli əməliyyat da aparır.
Bildirilib ki, bütün cəbhələr üzrə ümumilikdə təxminən 7 min hədəf məhv edilib.

















