ABŞ-da keçirilən sorğu göstərib ki, amerikalıların əksəriyyəti İranla müharibənin tez bitməsini istəyir - hətta məqsədlər əldə olunmasa belə.
1xeber.media xəbər verir ki,Reuters/Ipsos tərəfindən aparılan son sorğunun nəticələrinə görə, respondentlərin təxminən üçdə ikisi - 66% - ABŞ-ın İrandakı müharibədə iştirakını mümkün qədər tez dayandırmasının tərəfdarıdır.
Eyni zamanda, yalnız 27% amerikalı hərbi əməliyyatların bütün məqsədlər yerinə yetirilənə qədər davam etdirilməsini dəstəkləyir.
Sorğu göstərir ki, ABŞ cəmiyyətində müharibəyə dəstək zəif olaraq qalır və ictimai rəy daha çox deeskalasiya və çıxış strategiyasına yönəlib.

















