1xeber.media xəbər verir ki,Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International təcili çağırış (Urgent Action) yayımlayaraq Qəzəlhəsar həbsxanasında saxlanılan yeddi siyasi məhbusun yaxın zamanda edam olunacağı ilə bağlı xəbərdarlıq edib.
Təşkilatın məlumatına görə, ölüm hökmləri artıq sabah sübh çağı icra oluna bilər.
Edam təhlükəsi ilə üzləşənlər arasında tanınmış siyasi fəallar və son xalq etirazlarının iştirakçıları da var:
Vahid Bani Əmrian
Əbulhəsən Montəzər
2025-ci ilin sonu - 2026-cı ilin əvvəllərində İranda baş verən “dekabr üsyanı”nın beş iştirakçısı
Hüquq müdafiəçiləri vurğulayır ki, bu şəxslərin hamısı son dərəcə ədalətsiz məhkəmə prosesləri nəticəsində məhkum olunublar.
Amnesty International bildirir ki, onların etirafları işgəncələr və tam təcrid şəraitində alınıb, həmçinin təqsirləndirilən şəxslər adekvat hüquqi müdafiə hüququndan məhrum ediliblər.
Təşkilat beynəlxalq ictimaiyyəti, BMT-ni və diplomatik missiyaları dərhal müdaxilə etməyə çağırır ki, “edam maşını” dayandırılsın.

















