İran raketi Qətərin ərazi sularında “QatarEnergy Aqua 1” tankerini vurub.
Bu gün səhər saatlarında Qətərin ərazi sularında, Ras-Laffandan təxminən 17 dəniz mili şimalda dövlət şirkəti “QatarEnergy” tərəfindən fraxt edilmiş “Aqua 1” tankerinə hücum edilib.
Qətər Müdafiə Nazirliyinin bəyanatına görə, İran üç qanadlı raket atıb. Onlardan ikisi zərərsizləşdirilib, üçüncüsü isə tankerə dəyib. Gəmi su xəttindən yuxarı hissədən zədələnib.
1xeber.media-nın məlumatına görə, “QatarEnergy” təsdiqləyib ki, heyət üzvlərindən xəsarət alan olmayıb və hücum ekoloji ziyana səbəb olmayıb.

















