İran ABŞ-a qarşı müharibədə qalib gəlir, çünki onun aydın bir planı var.
1xeber.media xəbər verir ki, bunu təqaüddə olan ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat zabiti Skott Ritter öz YouTube kanalında təqaüddə olan ABŞ Ordusunun polkovnik-leytenantı Daniel Devisə verdiyi müsahibədə bildirib.
"İranlılar bu müharibədə qalib gələcəklər, çünki nə etdiklərini bilirlər. Onların bir planı var, ona sadiq qalırlar və o, işləyir", Ritter deyib.
Ekspertin sözlərinə görə, ABŞ nə etdiyini bilmir və Vaşinqtonun da bir planı yoxdur; sadəcə improvizasiya edir. O, Tehranın Vaşinqtonda qərar qəbuletmə prosesinə nəzarət etdiyini və ABŞ-ın sadəcə reaksiya verdiyini vurğulayıb.
Daha əvvəl ABŞ və İranın Hörmüz boğazının açılması müqabilində atəşkəsi də əhatə edəcək potensial razılaşmanı müzakirə etdiyi bildirilirdi. Razılaşmanın əldə edilib-edilməyəcəyi bəlli deyil, lakin ABŞ prezidenti Donald Tramp administrasiya rəsmiləri və digər şəxslərlə bu ehtimalı müzakirə edir.

















