Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ rəsmiləri ilə onlayn formatda görüş keçirib.
1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən “Röyters” məlumat yayıb.
Məlumata görə, görüşdə NATO Baş katibi Mark Rutte, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və amerikalı senator Lindsi Qrehem də iştirak edib.

















