1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Avropa Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün koalisiyaya qoşulmasa, Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib.
Üç rəsmi şəxs Ağ Ev rəhbərinin Avropa ölkələri tərəfindən maliyyələşdirilən Ukrayna Silahlı Qüvvələri üçün NATO-nun silah tədarükü təşəbbüsü olan PURL çərçivəsində tədarükü dayandıracağı ilə hədələdiyini bildirib.
Nəticədə, NATO-nun baş katibi Mark Ruttenin təkidi ilə bir qrup ölkə 19 martda bəyanat yayaraq bildirib: "Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk".
Daha əvvəl Tramp Avropa NATO müttəfiqlərini Vaşinqtona Hörmüz boğazının açılmasında kömək etməkdən imtina etməkdə günahlandırıb və Ukraynanı nümunə kimi göstərib. Bu baxımdan, o, Amerikanın ittifaqdan çıxması ehtimalını yenidən qaldıraraq, onu "kağız pələng" adlandırıb.

















