Yaponiya da zərər görür.
Yaponiyanın ABŞ-dan 2,35 milyard dollar dəyərində 400 ədəd “Tomahawk” raketi almaq üzrə razılaşması pozulma təhlükəsi ilə üzləşib.
1xeber.media xəbər verir ki,Bloomberg-in məlumatına görə, ABŞ İranla aktiv döyüş əməliyyatları zamanı yüksək dəqiqlikli silah ehtiyatlarını ciddi şəkildə tükədib və bu, Pentaqonu xarici tərəfdaşlara çatdırılma qrafiklərini yenidən nəzərdən keçirməyə məcbur edir.
Tokio üçün bu gecikmə kritik problem hesab olunur, çünki ABŞ raketləri regional təhdidlərin qarşısını almaq üçün yeni “əks-zərbə” strategiyasının əsasını təşkil etməli idi.
İndi Yaponiya hökuməti müttəfiqinin silah çatışmazlığı riskini nəzərə almağa məcburdur. Bu isə milli donanmanın yenidən silahlandırılması müddətlərini əhəmiyyətli dərəcədə uzada və ölkənin Şərqi Asiyadakı müdafiə potensialını zəiflədə bilər.

















