Aprel ayının sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.
1xeber.media APA-ya istinadla xəbər verir ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.
“Təxmin edirik ki, qurultay may ayının ortalarında - ayın 10-u ilə 17-si arasında keçiriləcək. Dəqiq tarixə isə İdarə Heyəti qərar verəcək, - AKİ-dən bildirilib. - Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir, onun gecikdirilməsi təşkilat üçün böyük zərbə olar".
Xatırlatma: mərhum XAlq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilib. O, martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi martın 30-da Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.

















