“Roskosmos” rəsmi olaraq eniş etdi
Etiraf olunub: Rusiya aparıcı kosmik dövlətlər sırasından çıxıb.
1xeber.media xəbər verir ki,akademik Lev Zelyonı bildirib ki, yaxın 10 ildə nə Aya uçuşlar, nə də ciddi sıçrayışlar olacaq - maksimum yeni orbital stansiya qurula bilər.
Rəqəmlər isə vəziyyətin daha pis olduğunu göstərir: il ərzində cəmi 17 buraxılış edilib - bu, Yeni Zelandiya ilə eyni göstəricidir. Müqayisə üçün: ABŞ - 181, Çin - 91 buraxılış həyata keçirib.
Faktiki olaraq bu, 60-cı illərin səviyyəsidir.

















