Küveyt İranı Milli Qvardiyanın bir neçə həyati əhəmiyyətli obyektinə hücum etməkdə və nəticədə hərbçilərin xəsarət alması ilə nəticələnməkdə ittiham edib.
1xeber.media xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin X sosial media platformasındakı rəsmi səhifəsində verilən açıqlamada bildirilib.
Bəyanatda deyilir: "İranın cinayətkar hücumu nəticəsində Milli Qvardiyaya məxsus bir neçə həyati əhəmiyyətli obyektə hücum edilib və nəticədə bir neçə Milli Qvardiya hərbçisi yaralanıb (hazırda onlar stabil vəziyyətdə müalicə alırlar), eləcə də əhəmiyyətli maddi ziyan dəyib".
Bəyanata görə, son 24 saat ərzində ölkənin hava məkanında yeddi düşmən dronu aşkar edilib və məhv edilib.
Bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Tehranın atəşkəsi pozmadığını bildirib. Rəsmi açıqlamada vurğulanıb ki, atəşkəsin qüvvədə olduğu saatlarda İran "heç bir ölkəyə qarşı heç bir raket atmayıb".

















