Vladikavkazda partlayışdan sonra fövqəladə vəziyyət elan edilib.
1xeber.media xəbər verir ki, bu barədə Vladikavkaz meri Vyaçeslav Mildzixov özünün Telegram kanalında məlumat verib.
"Partizanski küçəsindəki binanın partlamasından sonra Vladikavkazda fövqəladə vəziyyət elan edilib", - deyə o yazıb.
Siyasətçi fövqəladə vəziyyətin İnternasionalnaya küçəsi, Markova küçəsi və Partizanski küçəsi sərhədləri daxilində tətbiq olunduğunu aydınlaşdırıb. Fövqəladə zona artıq mühasirəyə alınıb və perimetr boyunca keçid sistemi fəaliyyət göstərir.
10 aprel cümə günü Vladikavkazın mərkəzində fişəng saxlayan anbarda partlayış baş verib. Son məlumatlara görə, 15 nəfər yaralanıb, daha iki nəfər itkin düşüb. Hadisənin ilkin səbəbi açıq yanğın təhlükəsizliyi qaydalarının pozulması olub. Hadisənin ilk dəqiqələri videoya çəkilib.

















