1xeber.media xəbər verir ki,Al Jazeera kanalı Qatardakı "Əl-Udeyd" hərbi hava bazasında yerləşən və ABŞ-ın ballistik raketləri aşkar etmə sisteminin əsas elementi olan "AN/FPS-132" erkən xəbərdarlıq radarının ağır zədələndiyini nümayiş etdirib.
"Əl-Udeyd" bazasındakı "AN/FPS-132" radarı ABŞ tərəfindən inşa edilmiş, dəyəri 1,1 milyard dollar olan strateji raket xəbərdarlıq sistemidir. Bu sistem ballistik raketləri təxminən 5000 km məsafədən aşkar etmək qabiliyyətinə malikdir və məlumatları regiondakı "THAAD" və "Patriot" kimi hava hücumundan müdafiə sistemlərinə ötürür.
Bu radarın sıradan çıxması regional müdafiə şəbəkəsi üçün ciddi zərbə və ABŞ-ın regiondakı raket əleyhinə imkanlarını zəiflədən mühüm amildir”.

















