“İranlıların danışıqlara getməsinin səbəbi onların böyük zərər görmələridir.”
1xeber.media xəbər verir ki,bu barədə Yaxın Şərq üzrə ekspert Adam Uitkoff (Kvinsi İnstitutu) danışıb.
Ekspertin fikrincə, Tehran Hörmüz boğazını monetizasiya etmək (ondan gəlir əldə etmək) və yenidən neftini sata bilmək istəyir.
“Onlar amerikalılara deyil, məhz Hörmüz boğazı üzərindəki təsir imkanlarına (leverajlarına) güvənirlər”, - deyə Uitkoff qeyd edib

















