Yaxın Şərqdəki müharibə Ukrayna fermerlərinə zərbə vurub - aqroixrac 40%-ə qədər azala bilər
1xeber.media xəbər verir ki,bu barədə Reuters bildirir.
Agentliyin məlumatına görə, Yaxın Şərqdə müharibənin başlaması ilə Ukrayna aqrar sektorunun üzləşdiyi əsas problemlər yanacaq və mineral gübrələrin bahalaşması olub.
Fermerlər hesab edir ki, bu il istehsal xərcləri qısamüddətli perspektivdə 10-30% artacaq. Əgər İrana qarşı əməliyyat tezliklə başa çatmasa, bu göstərici 60%-ə qədər yüksələ bilər.
Sahə üzrə mütəxəssislərin proqnozlarına görə, bu səbəbdən Ukraynanın ixrac potensialı artıq 15-20% azalıb və mövcud vəziyyət davam edərsə, 40%-ə qədər enə bilər.
Eyni zamanda, Rusiya fermerləri ucuz daxili yanacaq və gübrə ehtiyatlarına çıxış əldə edir, halbuki ukraynalılar bunları idxal etməyə məcburdur. Bu isə Rusiyanın qlobal aqrar bazarda Ukraynanın payını ələ keçirməsi ilə nəticələnə bilər.
Keçən il kənd təsərrüfatı məhsullarının ümumi ixracı Ukraynaya 2025-ci ildə 22 milyard dollardan çox gəlir gətirib və bu, ümumi ixrac gəlirlərinin yarısını təşkil edib.

















