Son zamanlar “Azergold” QSC-nin tenderləri ilə bağlı müəmmalı nəticələr haqqında yeni məlumatlar ortaya çıxıb.
Bildirilir ki, Zakir İbrahimovun müşaviri Müşfiq Məmmədlinin qardaşı Cavid Məmmədliyə məxsus şirkətlər asanlıqla “Azergold”un tenderlərinin qalibi olur.
Mənbə həmin şirkətlərin bir neçəsinin adını da Gununsesi.info-ya təqdim edib.
Bunlar “Bert” MMC, “Azdağmədən” MMC, “ResursPlaning” MMC, “AR geotech” MMC və.s dir.
İddia olunur ki, Zakir İbrahimovun ətrafında “Azergold” da əsassöz sahibi Müşfiq Məmmədlinin olması, bu QSC daxilində də müəyyən çəkişmələrə səbəb olur.
Bu isə işdəki sağlam mühitikonflikt müstəvisinə keçirir.

















