Serbiya İsrailin Elbit Systems şirkəti ilə birgə pilotsuz uçuş aparatları zavodunun yaradılması istiqamətində irəliləyir.
Müəssisədə pay bölgüsü belə olacaq - Elbit Systems 51%, Serbiyanın Jugoimport-SDPR şirkəti isə 49% paya sahib olacaq.
Zavod qısa və uzun mənzilli silahlı pilotsuz uçuş aparatlarının istehsalını həyata keçirəcək.
Razılaşma texnologiya transferini və serb mühəndislərin layihədə iştirakını da nəzərdə tutur.
Mənbə - Balkan Insight.

















