ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hörmüz boğazının “təmizlənməsi” prosesinə başlayır.
1xeber.media xəbər verir ki,O, bunu Truth Social sosial şəbəkəsində KİV-lə “xəyali müzakirə” fonunda yazaraq, İranın guya “qalib gəlmədiyini, əksinə MƏĞLUB OLDUĞUNU və HƏM DƏ ÇOX BÖYÜK MƏĞLUBİYYƏTLƏ” vurğulayıb.
“İndi biz Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox digər ölkələr üçün bir növ xidmət kimi Hörmüz boğazının təmizlənməsi prosesinə başlayırıq. Təəccüblüdür ki, onların bu işi özləri görmək üçün nə cəsarəti, nə də iradəsi var” - deyə ABŞ prezidenti bildirib.
Tramp “təmizləmə” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu və bu prosesin nə vaxt başlayacağını dəqiqləşdirməyib.

















