Macarıstanın növbəti Baş naziri Peter Magyarın Ukraynaya dəstək məsələlərində sələfi Viktor Orbandan daha güzəştli olması ehtimalı azdır.
1xeber.media xəbər verir ki, bu barədə Proqressiv Siyasət Fondunun direktoru Oleq Bondarenko Lenta.ru-ya verdiyi müsahibədə bildirib.
"Macarıstan Ukrayna məsələsində daha güzəştli olmayacaq (...). Ümumiyyətlə, Magyar burada Orbanın kursunu davam etdirəcək", - deyə o vurğulayıb.
Eyni zamanda, politoloq qeyd edib ki, Peter Magyardan müəyyən simvolik jestlər gözləmək olar. Məsələn, o, Ukraynaya 90 milyard dollarlıq kreditin qarşısını ala bilərdi, lakin silah təchizatı kimi qərarlar qəbul etməyəcək.
Oleq Bondarenko həmçinin Aİ ilə münasibətlərdə Peter Magyar və Viktor Orban arasında davamlılıq tapıb. Onun sözlərinə görə, Macarıstanın yeni lideri Aİ-dən subsidiyalar barədə də danışıqlar aparacaq.

















