İspaniya sənədsiz miqrantların leqallaşdırılması üzrə genişmiqyaslı planın icrasına rəsmi olaraq başlayıb.
Bu təşəbbüs ölkədə qeyri-qanuni yaşayan minlərlə insanın statusunun rəsmiləşdirilməsini və onların cəmiyyətə inteqrasiyasını hədəfləyir.
Hökumət bu addımı həm humanitar amil, həm də ölkə iqtisadiyyatının müxtəlif sektorlarında yaranan işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq zərurəti ilə əsaslandırır.
1xeber.media xəbər verir ki,yeni qaydalara əsasən, müəyyən kriteriyalara cavab verən miqrantlar artıq qanuni şəkildə işləmək və sosial xidmətlərdən yararlanmaq hüququ qazanacaqlar.

















