Rusiya Dövlət Duması prezidentə rusiyalıların “təzyiqə məruz qaldığı” ölkələrə qoşun yeritmək səlahiyyəti verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
“Bu qanun layihəsi Rusiya vətəndaşlarının hüquq, azadlıq və qanuni mənafelərini qorumağa, Rusiya təşkilatlarını xarici qanunsuz təcavüzlərdən müdafiə etməyə, habelə xarici istiqamətdə davam edən qatı rusofobiya kampaniyasına qarşı mübarizə aparmağa kömək edəcək”, - deyə Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartapolov bildirib.

















