Qarabağ Regional Təhsil İdarəsinə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və Şirvan-Salyan Regional Təhsil İdarəsinə yeni müdir müavinləri təyin olunub.
1xeber.media xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini, Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini və Baxışov Rəvan Baxış oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin ediliblər.

















