Son vaxtlar Türkiyədə baş verən məktəb hücumları ilə bağlı proseslər ictimaiyyət tərəfindən həssaslıqla izlənilir.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bəyanatında bildirilib.
Bəyan edilib ki, prosesin sağlam düşüncə ilə idarə olunması, cəmiyyətin dincliyinin qorunması və xüsusilə uşaqlarımızın psixoloji təhlükəsizliyinin diqqətdə saxlanılması böyük əhəmiyyət kəsb edir.
Bildirilib ki, qətlə yetirilənlərin və cinayəti törədənlərin kimliklərinin ön plana çıxarılması, hadisələrin dramatikləşdirilərək daim gündəmdə saxlanılması oxşar hərəkətlərə təşviqedici təsir yarada bilər.
Bu gün Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbdə atışma baş verib. Belə ki, 8-ci sinif şagirdi 4 nəfəri güllələyib, daha sonra isə özü intihar edib.

















