“Türkiyə aviaşirkətləri Gümrü üzərindən də uçuşlara başlaya bilərlər”.
1xeber.media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı bildirib.
Türkiyə ilə sərhədin açılması perspektivlərinə də toxunan Paşinyan bunun zaman məsələsi olduğunu qeyd edib.
Xatırladaq ki, “Turkish Airlines” aviaşirkəti bu ilin mart ayından İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər yerinə yetirir.

















