Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha Antalya Diplomatik Forumunun kənarında bildirib.
Diplomat Ukrayna liderinin Rusiya prezidenti ilə görüşmək istəyi ilə bağlı açıqlamasının nə dərəcədə ciddi olduğu soruşulduqda "Zelenski Putinlə görüşməyə hazırdır" cavabını verib.
Sibiha əvvəllər bildirib ki, Ukrayna ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın iştirakı şərtilə Zelenskinin Türkiyədə Putinlə görüşməsinə hazırdır.
12 fevralda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Vladimir Zelenski arasında görüşün yalnız Moskvada mümkün olduğunu bildirib. Kremlin sözçüsü qeyd edib ki, Zelenski Rusiya lideri ilə danışıqlar üçün Moskvaya getməkdən imtina etdiyini dəfələrlə bildirib.

















