1xeber.media xəbər verir ki, Match TV-nin məlumatına görə, Avropa Cüdo Çempionatında Gürcüstanda Rusiya himni fitə basılıb.
Gürcü azarkeşləri Timur Arbuzovun mükafatlandırma mərasimi zamanı Rusiya himnini fitə basıblar. 22 yaşlı rusiyalı 81 kiloqram çəki dərəcəsində finalda üçqat dünya çempionu gürcüstanlı Tato Qriqalaşvilini məğlub edib.
İki gün əvvəl rusiyalı cüdoçu Murad Çopanov 66 kiloqram çəki dərəcəsində qalib gəlib. O, finalda Finlandiya idmançısı Lukas Saxanı məğlub edib.
Avropa Cüdo Çempionatı 16-19 aprel tarixlərində Tbilisidə keçirilir. Rusiya idmançıları bayraq və himnlə yarışacaqlar. Beynəlxalq Cüdo Federasiyası müvafiq qərarı 2025-ci ilin noyabr ayının sonunda verib.

















