Heç vaxt Rusiyanın maraqlarına xidmət etməmişəm.
1xeber.media xəbər verir ki, bunu Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto bildirib.
Jurnalistlərin ona tez-tez Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparmasını xatırlatmasına Siyarto belə cavab verib:
“Bu, məni dərindən incidir. 11 il ərzində Rusiya ilə normal, praqmatik münasibətlər üzərində işləmişəm”.
Siyarto əlavə edib ki, Macarıstan ucuz Rusiya enerjisindən fayda görüb. Onun sözlərinə görə, o, prorusiya mövqeli deyil və hər zaman Macarıstanın maraqlarına xidmət edib:
“Kimisə xəyanətdə ittiham etmək çox ciddi məsələdir”.

















