Aprel ayı olmasına baxmayaraq, hava şəraiti sabitləşmir. Bir gün yay istiliyini xatırladan temperatur müşahidə olunur, ertəsi gün isə qışa xas soyuq geri qayıdır.
1xeber.media İTV-nin hazırladığı süjetə istinadən xəbər verir ki, mütəxəssislər bu cür kəskin temperatur dəyişikliklərinin artıq adi hala çevrildiyini bildirir.
Qlobal istiləşmənin təsirləri isə tədricən Azərbaycanda da daha aydın hiss olunmaqdadır.
Ekoloq Qoxmaz İbrahimli qeyd edib ki, 1980-ci ildən etibarən iqlim dəyişiklikləri və temperatur artımı açıq şəkildə müşahidə olunmağa başlayıb. Bununla belə, mülayim subtropik iqlim qurşağında yerləşən ərazilərdə bu prosesi fəsillərin tam yoxa çıxması kimi qiymətləndirmək düzgün deyil. Bahar və ya payızın itməsi ilə bağlı səsləndirilən fikirlər müəyyən əsaslara söykənsə də, daha çox həmin fəsillərin müddətində qısalma və hava şəraitində dəyişkənliyin artması müşahidə olunur.
Daha ətraflı videomaterialda:

















