Ukrayna Prezidenti Vladimir Zelenski vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
1xeber.media xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında bildirib.
Ukrayna lideri yazıb: "Bu gün biz Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik, enerji və infrastruktur sahələrində müqavilələr hazırlayırıq".
Daha əvvəl, Aİ liderləri ilə görüş zamanı Zelenski onlara Kiyevə verilən 90 milyard avroluq kreditə görə təşəkkür edib və bunu "əla gün" adlandırıb. O, vurğulayıb ki, Ukraynanın məqsədi böhranın sülh yolu ilə həlli olaraq qalır.

















