İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev mayın 8-də saat 11:00-dan etibarən 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 117) Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
DVX-dən 1xeber.media-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 27 aprel – 6 may 2026-cı il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Qəbələ və İsmayıllı rayonları üzrə Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Dövlət Vergi Xidmətinin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.

















