Azərbaycan ilə Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək.
1xeber.media xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” parlamentin aprelin 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.

















