Mən bəzi məsələlərə xüsusi diqqəti yönəltmək istərdim. 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq.
1xeber.media xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Palata sədri bildirib ki, müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik.
“Hesab edirik ki, Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bəzi nöqsanların, o cümlədən vəsaitin təyinatı üzrə istifadəsi, vəsaitlərin icra edilməyərək bank hesablarında saxlanılması üzrə nöqsanların azalmasına xidmət edəcək. İlkin müşahidələr bu istiqamətdə irəliləyişlərin olduğunu deməyə imkan verir”, - deyə Vüqar Gülməmmədov əlavə edib.

















