Fransa humanitar məqsədlər üçün Cənubi Kiprə qoşun göndərəcək.
1xeber.media xəbər verir ki, bunu Kipr Respublikasının Prezidenti Nikos Xristodulides deyib.
“İyun ayı ərzində nazirlər səviyyəsində Fransa qoşunlarının yalnız humanitar məqsədlər üçün Kipr ərazisinə göndərilməsini nəzərdə tutan bir razılaşma imzalanacaq”, - o bildirib.

















