Deputat Elman Nəsirovun 13 yaşlı oğlu Həsən Nəsirzadə qızıl medal qazanıb.
1xeber.media xəbər verir ki, H. Nəsirzadə MMA və qrapplinq üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Legion Döyüş Çempionatı – LFC” turnirində qalib gəlib.
13 yaşlı Həsən Nəsirzadə 55 kiloqram çəki dərəcəsində mübarizə aparıb və rəqibini birinci dəqiqədə məğlub edib.
Həsən Nəsirzadə qızıl medal və diplomla təltif olunub.

















