Avropa neft böhranı səbəbindən yeni qiymət artımından əziyyət çəkir.
1xeber.media xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, qiymətlər analitiklərin gözlədiyindən daha sürətlə artır:
“Almaniyada istehlak səbətinin qiyməti ötən illə müqayisədə 2,9% artıb. Bu, mart ayı ilə müqayisədə 2,8% çoxdur. “Destatis” dövlət agentliyi təsdiqləyir ki, bu, 2024-cü ilin əvvəlindən bəri ən yüksək inflyasiya səviyyəsidir.
İspaniya daha pis dinamika göstərir. Orada inflyasiya 3,5%-ə yüksəlib. Enerji inflyasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib. Yanacaq və elektrik enerjisinin qiymətləri hər şeyi özü ilə birlikdə uçuruma aparıb. Almaniyada enerji xərcləri 10,1% artıb, bu da 2023-cü il enerji böhranından bəri almanların cibinə dəyən ən böyük zərbədir. Səbəb, əlbəttə ki, Hörmüz boğazının bağlanmasıdır. “Brent” markalı neftin qiyməti artıq 110 dolları keçib və ABŞ ilə İran arasında danışıqlar dalana dirənib, bu da investorları qorxudub”.

















