“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Xəzər dənizinə də ciddi şəkildə mənfi təsir göstərib”.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Rusiyalı nazir Xəzər dənizinin sülh və əməkdaşlıq zonası olaraq qalmalı olduğunu vurğulayıb.
O, mart ayında Xəzəryanı dövlətlərin ticarət və logistika məqsədilə faydalandıqları Ənzəli dəniz limanının infrastrukturuna zərbələr endirilməsini yolverilməz və qəbuledilməz hesab etdiyini bildirib.

















