Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı güllələnib.
1xeber.media Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnmiş halda aşkar edilib.
Xəstəxanaya yerləşdirilən iş adamı hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır.

















