Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. Məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.
1xeber.media xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 05.05.2026-cı il tarixində saat 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib.
Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.unikal

















