Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) kadr dəyişikliyi olub.
1xeber.media xəbər verir ki, qurumun tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili departamentinin direktoru Ziyabəddin Hüseynov vəzifədən azad edilib.
Eyni zamanda departamentin bir neçə əməkdaşının da işdən çıxarıldığı bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl AQTA-nın Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri Töhfə Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.

















